• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Heyvan kəsimi məntəqələrində reydlər keçirildi​​​

CƏMİYYƏT

17 Yanvar 2022 | 17:10

Heyvan kəsimi məntəqələrində reydlər keçirildi​​​

Şəkidə heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Agentlik müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində keçirdiyi reyd zamanı Hüseynov Eldar Ələfsər oğlu, Mustafayev Arif Məmmədəmin oğluna məxsus məntəqələrdə baytarlıq ekspertizasından keçmədən qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı məntəqə sahibləri barəsində inzibati protokol tərtib edilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026