• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Heç bir belarus ərazimizə daxil olmayıb" - Ukrayna DİN

DÜNYA

12 Mart 2022 | 10:30 | Müəllif: Subhan Mahmudov

"Heç bir belarus ərazimizə daxil olmayıb" - Ukrayna DİN

Belarusun Ukraynaya hücum etmək ehtimalı azdır.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko canlı yayımda bildirib.

“Hazırda Belarus bizə müharibə elan etməyib, heç bir belarus Ukrayna ərazisinə daxil olmayıb”, - deyə Denisenko bildirib.

Denisenkonun sözlərinə görə Belarus əhalisinin cəmi 3%-i Ukrayna ilə müharibə tərəfdarıdır. Belə bir şəraitdə Minskin hücum ehtimalı azdır.

Müşavir bildirib ki, Belarus ordusu güclülər sırasında deyil. Şəxsi heyət 40 min nəfər olsa da, real döyüş qabiliyyətli personalın sayı 8 min nəfərdən azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR