• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Gürcüstanda binanın çökməsinə görə üç nəfər saxlanılıb

HADİSƏ

09 Oktyabr 2021 | 09:50 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda binanın çökməsinə görə üç nəfər saxlanılıb

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi ilə əlaqədar üç nəfər saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, saxlananlar birinci mərtəbədə yerləşən mənzilin sahibi və iki fəhlə olub.

Binanın təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı çökdüyü bildirilir.

Xatırladaq ki, hadisə nəticəsində beş nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026