Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Avstriya səfiri Robert Gerşner ilə görüşüb.
Baıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında mövcud münasibətləri və əməkdaşlığın inkişafı imkanlarını, regional təhlükəsizlik məsələlərini, Ukraynada davam edən müharibəni və Cənubi Qafqazdakı vəziyyəti, eləcə də regionda gedən prosesləri müzakirə ediblər.
Tərəflər Orta Dəhliz layihəsinə diqqət yetirib və onun strateji əhəmiyyətini vurğulayırlar.
Nikoloz Samxaradze səfirə Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər və çətinliklər, eləcə də işğal olunmuş bölgələrdəki mövcud vəziyyət barədə məlumat verib.
Bakı 



