Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Tural Musayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Elgün Musayev və 2006-cı il təvəllüdlü Ramil Rzayevi vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





jpg-1675259922.webp)

jpg-1675255950.webp)



jpg-1675231749.webp)




