q
  • Bakı 10° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Gəncədə 31 yaşlı kişi bıçaqlandı

CƏMİYYƏT

02 May 2026 | 19:57

Gəncədə 31 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü F.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. /Unikal


SON XƏBƏRLƏR

01 May 2026