• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransalı partiya rəhbəri: “Makronu devirəcəklər”

DÜNYA

19 Mart 2024 | 22:53 | Müəllif: Subhan Mahmudov

Fransalı partiya rəhbəri: “Makronu devirəcəklər”

Ukraynada fransız əsgərlərinin ölümü və Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə hərbi kontingent göndərmək planları haqqında həqiqətlərin üzə çıxması ölkənin hazırkı rəhbərliyi üçün ağır nəticələrə səbəb olacaq və böyük qalmaqal yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ukraynadakı fransız hərbçiləri ilə bağlı məlumatlarını şərh edərkən deyib.

“Fransa hərbçilərinin artıq Ukraynada mövcudluğuna və onların arasında ölənlərin olmasına təəccüblənmirəm. Onların hamısını mümkün qədər tez vətənə qaytarmalıyıq. Həqiqət bəlli olanda bu, böyük bir qalmaqal yaradacaq. Makronu devirəcəklər”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026