• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FIFA-dan "Qalatasaray"a ŞOK CƏZA

İDMAN

12 Iyul 2024 | 00:41 | Müəllif: Subhan Mahmudov

FIFA-dan "Qalatasaray"a ŞOK CƏZA

"Qalatasaray" klubu ötən yay transfer dövründə Donetsk "Şaxtyor"undan heyətinə qatdığı Tete üçün Ukrayna klubunun açdığı iddianın yekunlaşması ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki,"Şaxtyor" Donetskin peşəkar futbolçumuza qarşı FIFA-ya etdiyi müraciət Mübahisələrin Həlli Şurası tərəfindən 11 iyul 2024-cü il tarixində qismən qəbul edilib. Qərara əsasən futbolçu Mateus Kardoso Lemos Martins və klubumuz 8 Avqust 2023-cü il tarixindən etibarən hesablanacaq illik beş faizlə birlikdə Ukrayna klubuna 2 389 776 avro ödəməlidir.

FIFA-nın qərarına uyğun olaraq, "Qalatasaray" Mateus Kardoso Lemos Martins ilə birlikdə göstərilən təzminat məbləğinə görə məsuliyyət daşıyır.

Bu qərardan apellyasiya şikayəti verilə bilər, odur ki proses hələ yekunlaşmayıb", - İstanbul komandasından bildirilib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026