• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fəxri idman işçisi vəfat etdi

CƏMİYYƏT

31 Oktyabr 2026 | 18:10 | Müəllif: Zeynəb Rzayeva

Fəxri idman işçisi vəfat etdi

Naftalanda Fəxri bədən tərbiyəsi və idman işçisi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb.

O, idman sahəsindəki xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb. /oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026