• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu zonada intensiv yağış yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

14 Dekabr 2021 | 11:51 | Müəllif: Qalib İbrahimoğlu

Bu zonada intensiv yağış yağıb - FAKTİKİ HAVA

ETSN faktiki hava şəraitin açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağışın miqdarı Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026