• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan-Putin-Əsəd görüşə bilər - Akar

DÜNYA

30 Dekabr 2022 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan-Putin-Əsəd görüşə bilər - Akar

“Türkiyə, Rusiya və Suriya liderləri görüşə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.

Onun sözlərinə görə, lazımi şərait yaradılarsa, belə bir görüş baş tuta bilər: “Əvvəlcə kəşfiyyat orqanlarımız arasında bəzi müzakirələr oldu. Sonra biz nazirlər olarq görüşdük. Moskvadakı görüşdə həm Rusiya, həm də Suriya tərəfinə narahatlıqlarımızı çatdırdıq. Mənfi münasibət olmadı”.

H.Akar bildirib ki, Moskvada baş tutan görüşdə Türkiyənin yeganə məqsədinin terrorla mübarizə olduğu tərəflərin diqqətinə çatdırılıb: “Bizim hansısa etnik, dini qrupla problemimiz yoxdur”.

Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub (report.az). Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026