• Bakı 13° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Elnarə Abdullayevanın polisə şikayət etdiyi qadın görün kim imiş

ŞOU

04 Aprel 2026 | 09:31

Elnarə Abdullayevanın polisə şikayət etdiyi qadın görün kim imiş

“Müğənni Elnarə Abdullayevanın dedikləri ilə bağlı etdiyim psixoloji analizdən sonra onun meneceri mənim menecerimə zəng edərək bildirib ki, əgər onun əxlaqsız olduğunu sübut edə bilməsəm, məndən polisə şikayət edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Günay Baxşəliyeva deyib.

O qeyd edib ki, müğənni onun tənqidini təhqirlə ayırd edə bilməyib:

“‘Əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı" ifadəsini "əxlaqsız" sözü ilə eyniləşdirmək hansı IQ səviyyəsinin mövzusu ola bilər? Müasir dövrdə hansısa sözün alt mənasını başa düşməyəndə belə, süni intellekt vasitəsilə onun mənasını öyrənmək mümkündür.

Daha bir məsələ, "polis bölməsindəyəm, hər hansı bir qadınla bağlı ərizə yazmışam" deyə açıqlama yaymısınız. Bəli, həmin qadın mənəm, söhbət məndən gedir. Bildirmisiniz ki, kiminsə videosunu götürüb təhqir etmək kimi bir hal yoxdur. Bəli, təhqir yoxdur. Amma qanunvericiliyə görə sosial platformalarda yayılan videolar, xüsusilə tanınmış şəxslərə aid olduqda onları tənqid və şərh etmək vətəndaşın hüququdur. Qanunla buna qadağa yoxdur. Mənim dediklərimdə isə heç bir təhqir elementi yoxdur”.

Xatırladaq ki, Əməkdar artist Elnarə Abdullayeva qadınların sosial şəbəkələrin “hekayə” bölməsində öz fotolarını paylaşmasının doğru olmadığını bildirib.

“Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”

Müğənninin bu sözləri birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, həm tənqid, həm də sərt reaksiyalarla qarşılanıb./Musavat


SON XƏBƏRLƏR

03 Aprel 2026