Məşhur müğənni Britni Spirs böyük oğlu Şon Preston atası Kevin Federlaynın soyadından imtina edir.
Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı gənc anası ilə son vaxtlar münasibətlərinin yaxşılaşması fonunda sosial şəbəkələrdə artıq "Spirs" soyadını istifadə edir.
Onun yaxın zamanda rəsmi sənədlərdə də adını dəyişdirəcəyi bildirilib.
Xatırladaq ki, Britni ilə oğulları arasında illər boyu gərgin münasibətlər olub. Kevin açıqlamasında oğullarının Britninin sosial media paylaşımlarına görə ondan utandıqlarını və danışmaq istəmədiklərini açıqlamışdı.
Bakı 




