• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Türkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı

DÜNYA

03 Aprel 2026 | 23:35

Türkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı

Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.

Bakıvaxtı.az bildirir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabından verilən məlumata görə, təlimlər aprelin 3-dən 9-dək davam edəcək.

Məlumata əsasən, təlimlərə Quru Qoşunları, Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yanaşı, Sahil Mühafizəsindən ümumilikdə 15 000 hərbçi, 120 döyüş gəmisi və 50 hava gəmisi cəlb olunacaq.

Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələri komandanlıqlarının operativ komandanlıq və idarəetmə effektivliyini qiymətləndirmək, həmçinin təlimlərdə iştirak edən bölmələrin əməliyyat hazırlığı səviyyəsini artırmaqdır.


SON XƏBƏRLƏR

03 Aprel 2026