• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əli Əsədov Şalva Papuaşvili ilə görüşdü

SİYASƏT

15 Dekabr 2022 | 17:16

Əli Əsədov Şalva Papuaşvili ilə görüşdü

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olunub, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edilib.

Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Əli Əsədov Şalva Papuaşvili ilə görüşdüƏli Əsədov Şalva Papuaşvili ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR