• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elektron pullarla 26 milyard manatlıq əməliyyat aparılıb

İQTİSADİYYAT

10 Mart 2025 | 14:00

Elektron pullarla 26 milyard manatlıq əməliyyat aparılıb

2024-cü ildə Azərbaycanda elektron pullarla 25,8 milyard manatlıq əməliyyat aparılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Ötən il elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının ümumi məbləği isə 60,5 milyard manat olub.

Hesabat ili ölkədə ilk dəfə elektron pul, ödəniş təşkilatlarının, habelə operator fəaliyyətinin lisenziyalaşdırılması və müvafiq təşkilatların ödəniş bazarının oyunçuları sırasına qatılması ilə yadda qalıb. Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində il ərzində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora müvafiq lisenziyalar verilib.

Hesabat dövründə elektron pul və ödəniş və təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 3-ü ödəniş təşkilatı, 4-ü elektron pul təşkilatı olmaqla isə ümumilikdə 7 təşkilata 8 icrası məcburi göstəriş verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026