• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Edis sərbəst buraxıldı - YENİLƏNİB 

CƏMİYYƏT

28 Fevral 2026 | 05:47 | Müəllif: Zeynəb Rzayeva

Edis sərbəst buraxıldı - YENİLƏNİB

Xaricdən qayıdarkən İstanbul hava limanında saxlanılan sənətçi Ediş Görgülü sərbəst buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində barəsində saxlanma qərarı verilən sənətçi hava limanında polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Dindirildikdən sonra ondan qan və saç nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Prosedurlar tamamlandıqdan və ifadəsi alındıqdan sonra Edis məhkəmə nəzarəti qətimkan tədbiri ilə azadlığa buraxılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

***

27 fevral saat 13:53

İstanbul prokurorluğunda tanınmış şəxslərlə bağlı aparılan cinayət işi çərçivəsində daha bir sənətçi saxlanılıb.

Bakıvaxtı.az“Hurriyet”ə istinadən xəbər verir ki, müğənni Edis Görgülü xarici ölkədən Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlanılıb.

O, narkotiklərin emalı və ticarəti, narkotik daşınması, əməliyyat tədbirlərinə çətinlik yaratma, fahişəliyə sövqetmə kimi əməllərdə şübhəli bilinir.

Edis dərhal aidiyyəti şöbəyə təhvil verilib və ekspertizadan keçməsi üçün nümunələr götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026