• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Edillidəki qalıqlar ərazidən nə vaxt götürüləcək?

CƏMİYYƏT

05 Oktyabr 2022 | 09:40

Edillidəki qalıqlar ərazidən nə vaxt götürüləcək?

“Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:

“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokrorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026