• Bakı C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Dövlət mediasının yayımını dayandıracaq

DÜNYA

13 Aprel 2026 | 21:25

Dövlət mediasının yayımını dayandıracaq

Macarıstanda keçirilən parlament seçkilərində tarixi qələbə qazanan “Tisza” partiyasının lideri Peter Madyar ölkənin gələcək kursu ilə bağlı ilk addımlarını açıqlayıb.

Bakıvatxı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ilk növbədə dövlət mediasında köklü təmizləmə işlərinə başlayacağını bəyan edib.

“Yeni hökumətin görəcəyi ilk tədbirlərdən biri hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması təmin edilənə qədər dövlət mediasının xəbər xidmətlərinin işini dayandırmaq olacaq”, – deyə o, beynəlxalq mətbuat konfransında bildirib.

Madyarın sözlərinə görə, onun hədəfi Macarıstan dövlət mediasını “BBC standartlarına və ya ondan daha yüksək” səviyyəyə çatdırmaqdır.

Xatırladaq ki, aprelin 12-də keçirilən seçkilərin nəticələrinə görə, müxalif “Tisza” partiyası böyük üstünlüklə qalib gəlib. Bülletenlərin 93,42%-i sayıldıqdan sonra yaranan mənzərəyə əsasən, “Tisza” parlamentdə 138 mandatla mütləq çoxluq qazandığı halda, Orbanın “Fidesz” partiyası cəmi 54 yerlə kifayətlənib. Orban artıq məğlubiyyətini etiraf edərək Madyarı qələbə münasibətilə təbrik edib və “Fidesz”in bundan sonra müxalifət partiyası kimi fəaliyyət göstərəcəyini vurğulayıb.


SON XƏBƏRLƏR