Türkiyədə dollar ilin əvvəlindən bahalaşmaqda davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, Amerika valyutasının məzənnəsi indi 30 lirədə qərarlaşıb. Belə ki, dollar 30,35 səviyyəsində ticarət olunur. Avro isə günə 32,85 ilə başlayıb.
İndi investorlar dolların məzənnəsinin niyə qalxması ilə maraqlanır.
Qeyd olunur ki, Türkiyənin Mərkəzi Bankı siyasət faizini artırsa da, kredit faizləri yüksək olduğundan banklar kredit verə bilmirlər və bazarda türk lirəsi həddindən artıq çox olub. Bu səbəbdən banklar depozit faizlərini aşağı salır. Depozit faizlərini aşağı tapan investorlar dollara üstünlük verirlər.
Dolların bahalaşmasının səbəblərindən biri də tələbatın artmasıdır.
Murad Məmmədli
















