Dünən taksi fəaliyyəti ilə məşğul olan dostlardan biri maraqlı bir hadisəni danışdı ki, icmalını yazıram. Deməli, taksidə əyləşən üç xanımın (qeyd edim ki, xanımlar bildiyimiz praktiki dindar da olmayıblar) yanlarından keçən gəlin maşını karvanına reaksiyası belə olub:
"Bunların başı xarabdı, Məhərrəm ayı daxil olub, bunlar toy edir?! Biz sünnüyük amma heç vaxt məhərrəmlikdə toy etməmişik"
Bu gün ilahiyyatçılığı yalnız Ramazan, Məhərəm ayları və müəyyən əlamətdar günlərdə ortaya çıxan bir qurup mövsümlə söz danışan dəllal ortaya çıxıb elə hey zor vururlar ki, Quranda, İslamda belə şey yoxdur. Peyğəmbırin sünnəsinə ziddir, evlilik sünnədir, camaat əziyyət çəkir, qoy toy eləsin, falan filan. Hey çalışırlar ki, Məhərrəm, xüsusilə də Aşura günündə şadyanalığı, toy etməyi kütləviləşdirsinlər, leqallaşdırsınlar. Niyə də, niyə?!
Bəli, dində belə bir qadağa yoxdur. Amma məsələ bundadır ki, camaat öz istəyi, öz xoşu ilə bu ayda bir çox halal və mübah olan şeylərdən pəhriz edir. Ehtiram saxlayır. Peyğəmbər (s) və onun ailəsinə sədaqətini göstərmək istəyir. Onları buna heç bir şəri qadağa da məcbur etmir. Bu iş dinin harasına ziddir? Peyğəmbər (s) və onun ailəsinə ehtiram etmək, nə zamndan dinsizlik və şirkdir?! Bəs siz bundan niyə narahatsınız? Az qala 2 ilə yaxındır ki, toylar dayanmışdı. Peyğəmbərin (s) evlənmək kimi bir sünnəsi, dini əmri, insanların əziyyətə düşməsi o zaman yadınıza niyə düşmürdü?!
Onsuz da binayi qədimdən toy edənlər də olub bu aylarda. Sən də get toy et də övladına, yaxınına niyə etmirsən? Qabağını alan var? Niyə bu işinizə dini dəlil düzəltməyə çalışırsınız? Niyə insanların öz xoşu və istəyi ilə Peyğəmbər (s) və onun ailəsinə ehtiramını dinsizliyə, cahilliyə amma özünüzün ədəbsizliyini dinə, intellektə bağlamağa çalışırsınız?! Çünki elin qınağından qorxursunuz, ona görə bu sayaq axmaq çıxışlarla məsələni camaatın gözündə adiləşdirib çoxluğu bu işə vadar etməyə çalışırsınız ki, sabah özünüz və sizin beyində olanlar bu işi daha rahat görsünlər, camaat tərəfindən qınanmasınlar. Atalar demiş, cəhənnəmə gedən özünə yoldaş axtarar.
Bu işiniz eynən Bəni-Üməyyə üslubu və rəftarıdır. Yəzid İmam Hüseyni (ə) qətlə yetirdikdən əvvəl və sonra dinlə oynayıb, din adından özünə bərat qazandırmağa və haqlı çıxarmağa çalışdığı kimi.
Tarixdə sizin kimilərdən daha boynuyoğun "din alimləri" İmam Hüseynlə (ə), əzadarlıqla, matəmlə kəllə-kəlləyə qoyub, fətvalar verib. Amma faydası olubmu? Sənin kimi "alimlərin" fətvasına əsasən hərəm dəfələrlə qarət olunub, dağıdılıb, Hüseynin (ə) ziyarəti əzadarlığı haram edilib. Amma özünü, Allahını, peyğəmbərini tanıyan müsəlmanlar (məzhəbindən asılı olmayaraq) əsirlərdir sizin kimilərlə qarşı-qarşıya dayanıb və bacardığı formada Peyğəmbər (s) balasının xatirəsini əziz tutub, manətimi saxlayıb.
Psixoloq Bəhruz Camal
Bakıvaxtı.az
















