• Bakı 18° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Daşkəsəndə hərbçi binadan yıxıldı

HADİSƏ

10 Aprel 2025 | 13:02

Daşkəsəndə hərbçi binadan yıxıldı

Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir.

Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, xəsarət alan şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026