Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi" kimi göstərilib. İş üzrə dinləmənin noyabrın 2-də keçiriləcəyi bildirilir.
Vivyen hələ 2024-cü ilin mayında Brodveydə səhnələşdirilən "The Outsiders" ("İzqoylar") müziklinin proqramında da yalnız Vivyen Coli adı ilə təqdim olunmuşdu. O, sözügedən tamaşanın prodüserlərindən biri kimi anası Ancelina Coli ilə birlikdə çalışıb.
Qeyd edək ki, cütlüyün altı övladından artıq dördü atasının soyadından imtina edib. Daha əvvəl Zahara və Meddoks yalnız Coli soyadı ilə tanınıb. Şaylo isə 18 yaşı tamam olan gün soyadının dəyişdirilməsi üçün rəsmi müraciət etmişdi./Axşam.az
Bakı 



