• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çoy Son Xin Rusiyada səfərdədir
 

DÜNYA

15 Yanvar 2024 | 09:34

Çoy Son Xin Rusiyada səfərdədir

Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin başçılıq etdiyi hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Onların Rusiya rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Tərəflərin Rusiya - Şimali Koreya əlaqələrinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər etmişdi. O, Rusiya Prezident Vladimir Putinlə Şərq kosmodromunda görüşüb danışıqlar aparmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026