• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Avropa turuna çıxır

DÜNYA

13 Fevral 2024 | 23:14 | Müəllif: Subhan Mahmudov

Zelenski Avropa turuna çıxır

Ukrayna Prezidenti Vladimir Zelenski Qərbi Avropaya bir sıra səfərlər etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, o, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında iştirak etmək istəyir. Adının açıqlanmasını istəməyən mənbə isə Zelenskinin bu səfər çərçivəsində Paris və Berlinə səfər edəcəyini deyib.

Mənbələrdən biri qeyd edib ki, ümumavropa turu zamanı (15-18 fevral) Ukrayna Prezidenti böyük ehtimalla əsasən təhlükəsizlik təminatı ilə bağlı danışıqlar aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026