• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakı dünyanın mərkəzində: COP29 başlandı - CANLI

COP29

11 Noyabr 2024 | 11:19 | Müəllif: Əli Hüseynov

Bakı dünyanın mərkəzində: COP29 başlandı - CANLI

Bu gün Bakı şəhərində COP29 konfransının təntənəli açılış mərasimi start götürür. 

Bakıvaxtı.az xəbər verir ki, iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinə həsr olunan bu qlobal tədbir dünyanın hər yerindən hökumət rəsmilərini, iqlim mütəxəssislərini, vətəndaş cəmiyyəti nümayəndələrini və gənc fəalları bir araya gətirir.

Açılış mərasimində çıxış edən rəsmilər və ekspertlər iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayacaq və tədbirin əsas gündəliyi, prioritet istiqamətləri haqqında ətraflı məlumat verəcəklər. Xüsusilə, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, və ekoloji bərpa layihələri ilə bağlı müzakirələr gözlənilir.

Qeyd edək ki, COP29 konfransı iqlim dəyişikliklərinə dair beynəlxalq miqyasda yeni və təkmilləşdirilmiş strategiyaların hazırlanması və tətbiqi üçün mühüm platforma kimi çıxış edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026