• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

COP29-da Türkiyəni o təmsil edəcək

COP29

29 Avqust 2024 | 11:52

COP29-da Türkiyəni o təmsil edəcək

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.

Bakıvaxtı.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, sənətçi Azərbaycanın paytaxtında 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.

Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.

O, Azərbaycan tamaşaçılarına “Diriliş Ertuğrul” serialından tanışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026