• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çində baş verən daşqın nəticəsində 21 nəfər ölüb

DÜNYA

13 Avqust 2021 | 10:35

Çində baş verən daşqın nəticəsində 21 nəfər ölüb

Çinin Hubey əyalətində baş verən daşqın nəticəsində 21 nəfər həyatını itirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Global Times” xəbər verir.

Məlumata görə, Lyulin şəhərində suyun səviyyəsi 5 metrə yüksəlib. Şəhərdə yağıntının miqdarı saatda 100 millimetri ötüb. Əyalətin meteorologiya xidmətindən verilən məlumata görə, güclü yağışlar 13 avqust qədər davam edəcək.

Qeyd edək ki, Hubeylə qonşu olan Henan əyalətində iyul ayında baş verən daşqınlar nəticəsində 302 nəfər ölüb, 50 nəfər itkin düşüb. Çjençjouda metro tunelini su basıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026