• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Talibandan 11 sentyabrda bayraq təxribatı

DÜNYA

11 Sentyabr 2021 | 22:00 | Müəllif: Subhan Mahmudov

Talibandan 11 sentyabrda bayraq təxribatı

Taliban ABŞ və bütün dünyanın 11 sentyabr hadisələrinin 20 -ci ildönümünü andığı gündə Əfqanıstandakı prezident sarayının üzərində öz bayrağını qaldırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın yeni baş naziri Məhəmməd Həsən Axund bayrağı yerli vaxtla saat 11-də 33 nəfərlik müvəqqəti hökumətin rəsmi fəaliyyətə başladığı bir mərasimdə qaldırıb.

Xatırladaq ki, bu gün ABŞ 11 sentyabr terror aktlarının ildönümünü anım tədbirləri ilə qeyd edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR