• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Çaylarda sululuq artıb

CƏMİYYƏT

07 Sentyabr 2022 | 13:09

Çaylarda sululuq artıb

Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, eyni zamanda qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarla daxil olan sululuqda artım müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39%, Qanıx-Cəlayir məntəqəsində isə 21% artıb.

Sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026