• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya gəmisinə hücum edildi 

DÜNYA

03 Dekabr 2023 | 22:11 | Müəllif: Subhan Mahmudov

Britaniya gəmisinə hücum edildi

Britaniya ticarət gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Hədat" telekanalı məlumat yayıb.

Gəmiyə Yəməndən pilotsuz uçuş aparatı ilə hücum olunub. Gəminin Bab əl-Məndeb boğazında atəşə tutulduğu qeyd edilir.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti hadisə ilə bağlı məlumatı təsdiqləsə də, gəminin raket atəşinə tutulduğunu, ekipajın isə hücum zamanı gəminin gövdəsində gizlənərək sağ qaldığını açıqlayıb.

Hücumun Yəməndəki husi qiyamçıları tərəfindən həyata keçirildiyi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026