• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell Tokayevlə görüşdü

DÜNYA

17 Noyabr 2022 | 14:29

Borrell Tokayevlə görüşdü

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

Ali Nümayəndə Aİ və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ili tamam olduğunu qeyd edərək görüşdə Prezident Tokayevlə Aİ və bu ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi barədə razılıq əldə olunduğunu deyib.

"Biz ambisyalı islahatlar gündəliyi vasitəsilə Qazaxıstanı daha inklüziv, demokratik və açıq etmək səylərini dəstəkləyirik. Regionlarımızda təhlükəsizlik və sülhə sadiqik", Borrell bildirib.

Qeyd edək ki, Aİ-nin Ali Nümayəndəsi Qazaxıstanda səfərdədir.


Borrell Tokayevlə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026