• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

İDMAN

02 Avqust 2024 | 09:35 | Müəllif: Əli Hüseynov

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

Azərbaycan təmsilçiləri avqustun 3-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində start götürəcək məktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyində iştirak edəcəklər.

Boks Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yığma oğlanların yarışında Sahib Baxışlı (40 kq), Əli Abaslı (42 kq), Ramiz Ağadadaşov (44 kq), Oğuz İbrahimli (46 kq), Tunar Mehtiyev (48 kq), Yusif Həsənli (50 kq), İbrahim Bədəlli (52 kq), Adəm Aslanov (54 kq), Anzor İsrafilov (57 kq), Nurlan Müseyibli (60 kq), Şükar Əliyev (63 kq), Şahin Layıcov (66 kq), İsmayıl Məmmədov (70 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənovla (90 kq) təmsil olunacaq.

Qızların mübarizəsində Aysel Fərəcova (40 kq), Ayşən Miriyeva (42 kq), Saraxanım Səmədova (44 kq), Sima İsmayılova (46 kq), Cəmilə Muradlı (48 kq), Kəmalə Həsənova (51 kq), Səma Abbasova (60 kq) və Fidan Bəkərova (64 kq) rinqə çıxacaqlar.

8 gün davam edəcək turnirdə Qalib Əbiyev isə hakimlər sırasında yer alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026