• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amrabat "Fənərbağça"da - RƏSMİ

İDMAN

31 Avqust 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

Amrabat "Fənərbağça"da - RƏSMİ

"Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, mərakeşli futbolçu İstanbul nəhəngi "Fənərbağça"ya keçib. 

Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı bülbüllər" yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müddətə icarə müqaviləsi imzalayıb. "Fənərbağ"ça 2025-ci ilin yayında ulduz futbolçunun hüquqlarını ala biləcək. 

Ötən mövsüm Amrabat “Mançester Yunayted”də icarə əsasında çıxış edib. Yarımmüdafiəçi Premyer Liqanın 21 matçında iştirak edib. 

Xatırladaq ki, bu mövsümdən “Fənərbağça”nın baş məşqçisi tanınmış  portuqaliyalı mütəxəssis Joze Mourinyudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026