Bitcoin-in qiyməti bir ayın ən aşağı səviyyəsinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Binance" birjasının məlumatları sübut edir.
Məlumata görə, iyunun 18-də Bitcoin məzənnəsi 64,4 min dollara düşüb.
Mütəxəssislər bildiriblər ki, Bitcoin-in ucuzlaşması Federal Ehtiyatın məzənnə ilə bağlı qərarından sonra spot Bitcoin birja fondlarına və kriptovalyuta məhsullarına investisiyaların azalması ilə əlaqədardır .
Mina Mikayılova
















