• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belarus ŞƏT-ə üzv olacaq - Bu tarixdə

DÜNYA

05 Iyun 2024 | 15:26 | Müəllif: Gülşən Şərif

Belarus ŞƏT-ə üzv olacaq - Bu tarixdə

Belarus iyulda keçiriləcək sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olacaq. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Çjan Minq açıqlama verib.

"Gələn ay Astanada keçiriləcək ŞƏT sammitində Belarusun təşkilata qəbulu ilə bağlı qərar veriləcək", - deyə Minq vurğulayıb.

Qeyd edək ki, mayın 31-də Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub. Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatının gələcək sammitinin məsələlərini müzakirə ediblər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026