• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıdakı yarışda növbəti qəza baş verdi - YENİLƏNİB

FORMULA 1

10 Iyun 2022 | 13:15

Bakıdakı yarışda növbəti qəza baş verdi - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. 

25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

*** 13:05

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.


Bakıdakı yarışda növbəti qəza baş verdi - YENİLƏNİBBakıdakı yarışda növbəti qəza baş verdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026