• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda yük maşını kül oldu - VİDEO

HADİSƏ

27 Fevral 2024 | 11:31

Bakıda yük maşını kül oldu - VİDEO

Bakıda yük avtomobili yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumatlara görə, hadisə gecə saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Əraziyə Dövlət Yol Polisinin ərazi üzrə xidmət aparan əməkdaşları cəlb ediliblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, hadisə Bakı şəhərinin Nərimanov rayonunda qeydə alınıb:

“Belə ki, “Ford” markalı 99-JR-980 dövlət nömrə nişanlı yük avtomobilinin yanar hissələri mühərrik hissəsində tüstülənmə səbəbindən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026