• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda torpaqlar sürətlə BAHALAŞIR

İQTİSADİYYAT

02 Iyul 2025 | 21:51 | Müəllif: Subhan Mahmudov

Bakıda torpaqlar sürətlə BAHALAŞIR

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bu barədə məlumat verilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.

Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.

ABB-nin hesabatında 2025-ci ildə də torpaq bazarında bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir. (Modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026