• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda qaz borusu partlayıb

HADİSƏ

08 Yanvar 2023 | 11:20 | Müəllif: Subhan Mahmudov

Bakıda qaz borusu partlayıb

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib.
Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026