• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakıda müəllim məktəbdə vəfat etdi

HADİSƏ

17 Dekabr 2025 | 11:20

Bakıda müəllim məktəbdə vəfat etdi

Bakıda orta məktəbdə müəllim vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla bildirir ki, hadisə dekabrın 16-da, saat 12 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib.

Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026