• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda məişət və təkər tullantıları yanıb - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2021 | 16:17

Bakıda məişət və təkər tullantıları yanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yanğın olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, FHN-dən "Reporta"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kv.m sahədə məişət və təkər tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

*** 15:59

Bakıda yanğın hadisəsi olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazsində qeydə alınıb.

Belə ki, ərazidə məişət tullantıları yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026