• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTO

CƏMİYYƏT

06 Mart 2024 | 11:11

Bakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTO

Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun birinci rəsmi görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, COP9 Konvensiyanın inkişafında iştirakçı dövlətlərin ehtiyac və gözləntilərinə cavab vermək, eləcə də qlobal idman ekosisteminin daimi təkamülünə, onun çağırışlarına uyğunlaşmaq üçün mühüm mərhələ təşkil edib.

Əsas gündəm Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və müddəalarına tam sahiblik imkanı vermək üçün iştirakçı dövlətlərə göstərilən dəstək kimi COP8 tərəfindən tələb olunan nəticələrin və təkliflərin çatdırılmasına yönəlib. COP9 həmçinin fövqəladə çağırışlara cavab vermək qabiliyyətini artırmaq üçün Konvensiyanın potensial inkişaflarını araşdırmaq imkanı verəcək.

Qeyd edək ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.


Bakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTOBakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTOBakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTOBakıda COP9 Bürosunun birinci rəsmi görüşü keçirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026