• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq

    SİYASƏT

    29 Oktyabr 2026 | 10:35 | Müəllif: Əli Hüseynov

    Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq

    Noyabrın 5-6-da Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit keçiriləcək. Sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

    Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” və BMT-nin Bakıda keçiriləcək birgə beynəlxalq sammiti ilə bağlı keçirilən brifinqdə deyib.

    Şöbə müdiri diqqətə çatdırıb ki, sammit 2024-cü ilin noyabr ayında Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq.

    "Dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur. Sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edəcək", - deyə o qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026