Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan şossesində - Jurnalistlər binasının qarşısında baş verib.
Belə ki, 90 ES-343 nömrəli KİA markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hazırda polis əməkdaşları hadisə yerindədirlər.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Səbuhi Elnur













jpg-1690637733.webp)



