• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda avtobus motosikletçini vurdu

HADİSƏ

12 Mart 2024 | 22:59 | Müəllif: Subhan Mahmudov

Bakıda avtobus motosikletçini vurdu

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, yol qəzası Xocalı prospektində qeydə alınıb.

Belə ki, "Baku Bus" MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026