• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıda 30 yaşlı kişi QƏTLƏ YETİRİLDİ - YENİLƏNİB

HADİSƏ

22 Avqust 2023 | 08:51 | Müəllif: Subhan Mahmudov

Bakıda 30 yaşlı kişi QƏTLƏ YETİRİLDİ - YENİLƏNİB

Avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

     

    08:44

    Avqustun 22-da saat 07 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən saxlanılması istiqamətindən tədbirlər görülür.

    Əlavə məlumat veriləcəkdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Sentyabr 2026