• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıda DƏHŞƏTLİ QƏZA: Sərnişin avtobusu “KamAZ”a çırpıldı 

HADİSƏ

20 Sentyabr 2023 | 23:43 | Müəllif: Subhan Mahmudov

Bakıda DƏHŞƏTLİ QƏZA: Sərnişin avtobusu “KamAZ”a çırpıldı

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza şəhər şossesində qeydə alınıb. 

Belə ki, idarəetməni itirən 40 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini "KamAZ" markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı avtobusda olan bir sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Avtobus yararsız vəziyyətə düşüb. 

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026