• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda benzin istehsalı artıb

İQTİSADİYYAT

25 Oktyabr 2021 | 21:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda benzin istehsalı artıb

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında avtomobil benzinin istehsalı 7,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,7 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, sürtkü yağlarının
istehsalı 63,9 faiz, neft koksunun istehsalı 34,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, neft bitumunun istehsalı 9,3 faiz, yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026