• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycana turist axını artıb

İQTİSADİYYAT

15 Iyul 2024 | 15:32

Azərbaycana turist axını artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyon 231 min 104 xarici vətəndaş səfər edib.

Bakıvaxtı.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.

Təkcə iyun ayında ayında ölkəyə 265 549 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 29 % çoxdur.

Ötən ay Azərbaycana ən çox turist 82 246 min nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 329 nəfər), üçüncü yerdə isə Hindistan (28 315 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,2 min, Səudiyyə Ərəbistandan 14,7 min, Gürcüstandan 8,9 min, Qazaxıstandan 8,9 min, Pakistandan 7,7 min, Özbəkistandan 4,3 min, İsraildən 4,2 min, Çindən 4,1 min, BƏƏ-dən 3,7 min, Küveytdən 3,5 min, Ukraynadan 3,2 min, Cənubi Koreyadan 2,9 min, turist gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026